Pleyeri seçin:

Lukaşenkonun mövqeyi erməniləri niyə narahat edir? - Markedonovdan şərh

21 may 2024 661 baxış

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko 16-17 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

A.Lukaşenkonun Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər, xüsusilə Füzuli və Şuşaya səfər etməsi, o cümlədən 44 günlük müharibəni torpaqların azad edilməsi savaşı olaraq ədalətli dəyərləndirməsi erməni ekspertlər arasında “narahatlıqla” qarşılanıb.

Onların fikrincə, Belarus Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının üzvüdür, buna baxmayaraq, A.Lukaşenko Azərbaycanla münasibətləri hər zaman İrəvandan qat-qat üstün tutub.

Rusiyalı politoloq Sergey Markedonov da bu məsələyə toxunub. O, sosial şəbəkə hesabında bildirib ki, A.Lukaşenko ölkəsinin Ermənistanla KTMT və Aİİ-də tərəfdaş olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyününün bərpasını açıq şəkildə dəstəklədi, 44 günlük savaşın nəticələrini müdafiə etdi və işğaldan azad edilən ərazilərdəki yenidənqurma işlərində birbaşa iştirak qərarını nümayişkaranə şəkildə elan etdi.

Onun fikrincə, bunun əsas səbəblərindən biri Azərbaycanla iqtisadi əlaqələrdir – Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi son 10 ildə əhəmiyyətli dərəcədə artıb.

İkinci səbəb hərbi-siyasi əməkdaşlıqdır. Belə ki, Belarus Azərbaycana hərbi məhsullar ixrac edib.

S.Markedonov üçüncü səbəb kimi beynəlxalq vəziyyəti, Qərbin sanksiyaları nəticəsində Belarusun daha çox dost tapmaq istəyini, o cümlədən Fransa timsalında Azərbaycana təzyiq etməyə çalışan ölkələrə münasibətdə “ümumi yanaşmanı” göstərib.

Qeyd edək ki, S.Markedonov bir məqamı unudur. A.Lukaşenko Azərbaycanın ərazi bütövlüyü məsələsində daim birmənalı mövqe nümayiş etdirib. Hətta 2012-2016-cı illərdə Serj Sarkisyanla danışıqlarda açıq mətnlə Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğaldan imtina etməsi gərəkdiyini bildirdiyini əks etdirən görüntülər də ortaya çıxıb.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 661 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 661 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 661 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 661 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 661 baxış
Seçilmişlər
icon