Millət vəkili: Sülhə mane olan birinci dövlət Fransadır
Yeniliklərdən dərhal xəbərdar olun
“Təəssüf ki, Avropada islamofob meyillər getdikcə artır. Bir sıra ölkələrdə “Qurani-Kərim”in yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmin ölkələrin başında Fransa durur:
“Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Bu gün elə bölgəyə sülhün gəlməsinə mane olan ölkə də məhz Fransadır”.
#Ceyhun Məmmədov teqi istifadə olunub
- "Ermənistan bu 2 məsələdə real addım atmır" | Bağdad Bəyannaməsi sülhü yaxınlaşdıracaqmı? - Baku TV
- ŞƏT sammitində hansı qərarlar veriləcək?
- "Beynəlxalq hüquq artıq işləmir" | ŞƏT-in Yubiley Sammitində nələr müzakirə olunacaq? - Baku TV
- Rəqəmsal dərsliklər uşaqlar üçün faydalıdır, yoxsa riskli? - Baku TV
- Avropa İttifaqının ikili standart sindromu - Baku TV
