Mina təhlükəsi davam edir: Terror qurbanlarından BMT-yə müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, 1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir. İşğaldan azad edilən ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
Qeyd edilib ki, 10 noyabr 2020-ci il Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün də olsun dayandırmayıb. Əvvəlcə, Ermənistan hakimiyyəti “mina xəritələri”nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim etdi. Ancaq məlum oldu ki, onlar yalançı, “saxta xəritələr”dir. 10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır.
Müraciətin sonunda mina qurbanları və ailə üzvləri “Biz minasız dünya istəyirik!” deyərək bütün dünyaya səsləniblər
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
