Mirziyoyev, Vuçiç və Kobaxidzenin İlham Əliyevə zəngi ilə bağlı detallar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb.
Dövlət başçıları Azərbaycan-Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Serbiya Prezidenti Aleksandar Vuçiç də Prezident İlham Əliyevə zəng edib. O, dövlət başçısını ad günü münasibətilə təbrik edərək ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
