Mirzoyan həqiqətlərə dözə bilmədi: erməni nazir BMT-nin iclasından qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, ötən gün 23:00-da BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası baş tutub və bir neçə saat davam edib.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov çıxış edərkən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın zalı tərk etdiyini əks etdirən görüntülər yayılıb.
Erməni “Telegram” kanalları isə Mirzoyanın Qarabağda dinc insanların öldürülməsi və antiterror tədbirləri zamanı şəhərlərə ordunun girməsi iddialarına Ceyhun Bayramovun məhz Ermənistan Baş naziri Nikol Paşinyanın bu məlumatları yalan adlandırması, Qarabağda ermənilərə heç bir təhlükə olmadığı barədə sözlərini sitat gətirməklə cavab verməsinə dözmədən zaldan çıxdığını iddia edirlər.
Qeyd edək ki, A.Mirzoyan C.Bayramovun çıxışından sonra zala qayıdıb.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
