Pleyeri seçin:

Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu? | GLOBAL PANORAMA

18 aprel 2025 811 baxış

“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin IV Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan görüşündən bəhs olunub.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyanın masaya oturmasında məqsəd konkret müzakirələrin edilməsi idi:

“Sülh sazişi, dövlətlərarası münasibətlərin qurulması və danışıqların davamına hazırlıq. Burada rəsmi Bakı növbəti dəfə mesajını aydın verdi. Biz dialoqa açığıq, amma açıq qapıdan keçmək üçün qarşı tərəf səmimi olmalıdır. Qısası, sülh istəyiriksə, bu, sadəcə protokol yox, real siyasi iradə tələb edir”.

Qeyd edilib ki, nazirlər eyni zamanda Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birlikdə Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar panelində iştirak ediblər:

“Panel təkcə siyasi analizlər yox, həm də incə diplomatik söz oyunu ilə yadda qaldı. Ceyhun Bayramov bildirib ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edərsə, sülh müqaviləsinə heç bir maneə qalmaz.

Ararat Mirzoyan isə cavabında dedi ki, sülh sazişi ilə ATƏT-in Minsk qrupunun ləğvi haqqında sənəd eyni gündə 10 dəqiqə fərqlə imzalana bilər. Üslub diplomatik, amma mesaj aydın idi. İndi məsələ imzada yox, iradədədir.

Ceyhun Bayramov açıq şəkildə dedi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və bu dəyişmədikcə sülh sazişinin hüquqi qüvvəsi də sual altında qalacaq”.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 811 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 811 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 811 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 811 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 811 baxış
Seçilmişlər
icon