Naxçıvanla bağlantının yaradılması işi davam edir | Nazir Zəngəzur dəhlizindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur dəhlizi 2020-ci ildə imzalanmış bəyanatda öz əksini tapıb və burada Ermənistanın Azərbaycanın qərb bölgələri ilə, Naxçıvan Muxtar Respublikası ilə məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəlikləri var”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Əfsuslar olsun ki, 4 ilə yaxın gedən proseslər öz nəticəsini verməyib. Ermənistandan fərqli olaraq bölgədə dayanıqlı kommunikasiyanın yaradılması, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının tam inkişafını təmin etmək məqsədilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması istiqamətində işlər dayanmır, davam edir”, – deyə C.Bayramov bildirib.
O, Zəngəzur dəhlizi məsələsinin gündəmdə olduğunu qeyd edib:
“Həm Ermənistan sərhədinə çəkilən dəmir yolu yaxınlaşır, həm Araz çayı üzərində İran ərazisinə körpü tikintisi sürətlə davam edir. Bir neçə alternativlər üzrə də işləyirik”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
