Pleyeri seçin:

O gün küçələrə axışan insanlar göstərdi ki... | 20 Yanvar faciəsində baş verənlər

20 yanvar 2025 533 baxış

1990-cı il yanvarın 19-u “qanlı şənbə gecəsi”nə saatlar qalmışdı. Azadlıq səsləri ucalır. İmperiya rəhbərliyi isə məkrli planlar hazırlayırdı.

Qarabağda ermənilərin törətdiyi cinayətlərə, günahsız insanların qətlinə son verilməsi tələbi ilə 1990-cı il yanvarın 16-da Bakıda və bir sıra rayonlarda aksiyalar keçirilirdi.

Qarabağda artmaqda olan gərginliyin qarşısını almaq əvəzinə Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil oldu.

İnsanların meydanlarda mübarizə apardığı bir vaxtda o dövrün rəhbərliyi sakinlərə cavab vermək əvəzinə bağlı qapılar arxasında otururdu. Məqsəd etirazçıları susdurmaq, lazım olduqda əzmək idi. O gecənin qanla bitəcəyini heç kəs ağlına belə gətirmirdi, ta ki, Sovet tankları onların üzərindən keçdiyi ana, Sovet əsgərinin gülləsinə tuş gələnə qədər.

Sovet qoşunları məhz SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun rəhbərliyi, Vladimir Kryuçkov, Viktor Karpuxin, Yevgeni Primakov, Andrey Girenko, Vladimir Lyaşenko, Dmitri Yazov, Vadim Bakatin və Aleksandr Lebedin təşkilatçılığı ilə Bakıya yeridilib.

SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

20 Yanvar hadisələri zamanı gözünü də qırpmadan Sovet tanklarının qarşısına öz bədənləri ilə sipər çəkən xalqımız bütün dünyaya nümayiş etdirdi ki, öz haqlarının qorunması, azadlıqlarının təmin olunması üçün nəinki meydanlara çıxmağa, hətta bu məqsəd üçün həyatından da keçməyə hazırdır.

Həmin gün küçələrə axışan insanlar göstərdilər ki, onların qətiyyəti böyük imperiyanın tanklarından da güclüdür. Azərbaycan xalqının 35 il öncə başladığı azadlıq mübarizəsi həm də 2020-ci il İkinci Qarabağ savaşında 44 gün ərzində dədə-baba torpaqlarının azad edilməsini təmin edib.

Banner
Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Siyasət
05 noyabr 2026 533 baxış
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 533 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 533 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 533 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 533 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 533 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 533 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 533 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 533 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 533 baxış
Seçilmişlər
icon