Pleyeri seçin:

O sənədi geri çəkin! - Azərbaycan QHT-lərindən ermənipərəst konqresmenə sərt etiraz

04 oktyabr 2024 443 baxış

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb.

ABŞ Konqresində Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri hiddətlə qarşılayıb.

Bir qrup Azərbaycan QHT-si “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffə açıq məktubla müraciət edib.

Müraciətdə islamofob Adam Şiffə xatırladılır ki, erməni lobbi qruplarına istinad edərək Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşma əxlaqi dəyərlərin təhqir edilməsidir:

“750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tam susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz”.

Azərbaycan QHT-ləri Adam Şiffi saxta, qərəzli məlumatlardan ibarət sənədi geri çəkməyə özündə cəsarət tapmağa dəvət edib:

“Əks halda, indiki yanaşmanız nəinki Ermənistan və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-nin maraqlarına böyük zərbə vuracaq”.

ABŞ konqresmeni Adam Şiffə müraciəti “Qarabağ İtkin Ailələri” İctimai Birliyi, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, “Qərbi Azərbaycan İcması”, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi, “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi və digər tanınmış QHT-lərin sədrləri imzalayıblar.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 443 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 443 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 443 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 443 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 443 baxış
Seçilmişlər
icon