Overçuk açıqladı: Rusiya-Azərbaycan münasibətləri yumşalır? - BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri olan “The Telegraph”da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesindəki tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub.
Məqalədə ölkəmizin Londondakı səfiri Elin Süleymanov uzun illər davam etmiş Azərbaycan-Ermənistan münaqişəsinin artıq başa çatdığını, proseslərin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Aleksey Overçuk: “Moskva və Bakı enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.
Bu barədə Rusiyanın “MK.RU” nəşri yazır.
Xəbər olunur ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.
Aleksey Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.
#Rusiya teqi istifadə olunub
- ABŞ Rusiyaya qarşı hansı planı işə saldı? - Baku TV CANLI
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
- Moskva ilə London arasında gərginlik | Böyük Britaniyanı hansı cavab gözləyir? - Baku TV CANLI
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- "Avropa və NATO olaraq Rusiyaya təzyiqi artıracağıq" | Moskvaya cavab necə olacaq? - Baku TV
