Paşinyan Blinkenin köməkçisinin müavini ilə görüşdü | Nələr müzakirə edildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Ermənistan - ABŞ münasibətlərinin dinamik xarakterini vurğulayıb.
Tərəflər bu ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan - Aİ - ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmalara və onların həyata keçirilməsi prosesinə toxunublar. Eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Baş nazir Paşinyan erməni tərəfinin mövqeyinə toxunub və Ermənistanın sülh gündəliyinə və regionda sabitliyin bərqərar olmasına sadiq olduğuna diqqət çəkib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
