Pleyeri seçin:

Paşinyan çıxılmaz vəziyyətə düşdü | Ermənistanın Baş naziri Rusiyaya gedəcək?

28 aprel 2025 484 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin fövqəldövlətlərlə, Çin və digər liderlərlə fəal şəkildə görüşüb ölkəsinin maraqlarını həyata keçirdiyi bir vaxtda Ermənistan Baş naziri Nikol Paşinyanın səfərləri və görüşləri çaşqınlıq yaradır.

Bu barədə “Past” qəzeti yazır.

Erməni nəşri Baş nazirin Estoniyaya səfərinə diqqət çəkib:

“İlk baxışdan elə görünə bilər ki, bizim həmin ölkəyə münasibətimizi nəzərə alsaq, Estoniyaya səfər o qədər də ciddi deyil. Amma məsələ burasındadır ki, bu gün Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Estoniyanın keçmiş baş naziri, Aİ-nin idarəetmə sistemində kifayət qədər ciddi mövqe tutan Kaya Kallasdır.

Məhz K.Kallas Ermənistan və digər ölkələrdən mayın 9-da İkinci Dünya müharibəsində qələbə ilə əlaqədar keçiriləcək paradda iştirak etmək üçün Moskvaya getməməyi tələb edib.

Aİ hələ də N.Paşinyanın Moskvadakı paradda iştirak etməməsini tələb etməkdə davam edir. N.Paşinyan da gələcək addımlarını öyrənmək üçün Estoniyaya gedib.

N.Paşinyan əvvəllər Rusiyaya gedəcəyini təsdiqləsə də, ötən gün yola düşməzdən əvvəl mayda Moskvada (Azərbaycanla) sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirməkdən imtina edib. O, qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gedib-getməyəcəyini də söyləməkdən imtina edib.

Bütün bunlar sübut edir ki, N.Paşinyan hələ də çıxılmaz vəziyyətdədir və avropalı tərəfdaşlarını Moskvaya getməkdən imtina edə bilməyəcəyinə inandırmalıdır. Macarıstan və Slovakiyanın baş nazirlərini cilovlaya bilməyən Avropa İttifaqı bütün qəzəbini üzvlüyə namizəd kimi irəli sürülən Ermənistanın üzərinə tökəcək”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 484 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 484 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 484 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 484 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon