Paşinyan erməni xalqının istəkləri üçün hərəkətə keçdi | Görməzdən gələ bilmərik...
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avrasiya İqtisadi İttifaqında özünü yaxşı hiss edir”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, bunu rəqəmlər sübut edir.
“Lakin buna baxmayaraq, erməni xalqının bir hissəsinin ölkənin gələcəyi üçün müxtəlif variantlar formalaşdırma istəyini görməzdən gələ bilmərik”, – deyə o bildirib.
Paşinyan İrəvanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü söyləyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Avropa ölkələri ilə bazarların açılmasının Ermənistan üçün Avrasiya İqtisadi İttifaqına daxil dövlətlərlə əlaqənin kəsilməsi olduğunu deyib.
Ermənistan lideri ölkənin sözügedən ittifaq ölkələri ilə ticarətinin 2024-cü il üçün 12 milyard dollar təşkil etdiyini açıqlayıb. O bildirib ki, bu nəticə İrəvanın Avropa İttifaqı ilə ticarət həcmindən dəfələrlə çoxdur.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
