Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb, lakin heç də həmişə bəyan etməyib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
“Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın. Ermənistan Qarabağ əhalisinin taleyini həll edə bilməz. Gündəlikdə duran məsələlər və müzakirələrin məntiqi isə heç bir halda dəyişmir. Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək üçtərəfli görüşdən gözləntilərə gəlincə, Bakı ilə mümkün sülh müqaviləsinin daha bir neçə maddəsinin razılaşdırılmasında irəliləyiş gözləyirik”, – deyə Baş nazir bildirib.
Nikol Paşinyan əlavə edib ki, imzalanacaq sülh müqaviləsi ilə bağlı hələ razılıq əldə edilməyib. Onun sözlərinə görə, saziş üzərində iş davam edir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
