Paşinyan Ermənistanın işğal edilmiş kəndləri qaytarmağa hazır olduğunu deyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində danışıb. “1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, – deyə erməni Baş nazir əlavə edib.
N.Paşinyan Azərbaycanın Qarabağa heç bir muxtariyyət verməyəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, rəsmi Bakı Qarabağla bağlı öz mövqeyini dəfələrlə bəyan edib.
Ermənistanın Baş naziri eyni zamanda ölkəsinin 2-3 il ərzində məhv ola biləcəyindən qorxur. “Əgər yaxın 2-3 ildə dövlətimizi qoruyub saxlaya bilsək, deməli növbəti 100 ildə də onu saxlaya biləcəyik”, – deyə N.Paşinyan vurğulayıb.
O bildirib ki, ölkəsinin sülh siyasəti strategiyası olmalıdır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
