Pleyeri seçin:
Paşinyan etiraf etdi: Deyirdilər ki, arxanızda biz durmuşuq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanda dövlət yaradılmasının qarşısını almaq üçün istifadə edilib”.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının İcevanda keçirilən iclası zamanı deyib.
“Başqa sözlə, biz dövlət yaratmaq üçün qoymalı olduğumuz bütün resurslarımızı mümkün olmayan “dövlətçiliy”in yaradılması probleminə qoyurduq”, – Paşinyan bildirib.
Erməni Baş nazir əlavə edib: “İllərdir bizə deyirdilər ki, yol, məktəb, xəstəxana tikməyin. Hətta deyirdilər: “Ordu nəyə lazımdır? Sizin arxanızda biz durmuşuq. Nə probleminiz var?” Nəticədə biz öz resurslarımızı həll edilməyən problemə xərclədik”. Nikol Paşinyan ad çəkməsə də, Rusiyanı nəzərdə tutduğuna eyham vurub.
Kopyalandı
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
