Paşinyan etiraf etdi: Qarabağla bağlı həqiqətləri bilmirdik
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkədə demokratiya olmadığından Qarabağ məsələsi ilə bağlı həqiqəti çox az adam bilir”.
Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Demokratiya Uğrunda Ermənistan Forumu”nda çıxışı zamanı səsləndirib. Baş nazir bir sıra məsələlərə də aydınlıq gətirib. “
Ermənistanda demokratiyanın olmaması və ya ona olan münasibət bizim hamımızın Qarabağ məsələsində həqiqəti bilməməyimizə xidmət etdi. Bu, çox vacib detaldır. Siyasi müzakirəyə başlamaq istəmirəm, amma orada elə bir model var idi ki, Qarabağ məsələsindən yalnız bir neçə nəfər xəbərdar idi”, – N.Paşinyan belə deyib.
O həmçinin qeyd edib ki, bu, onun üzləşdiyi ən böyük problemdir. “Bu səbəbdəndir ki, biz indi demokratiya şəraitində Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, məlum bəyanatların yeni mənaları, kontekstləri və təfərrüatları üzə çıxır”, – deyə N.Paşinyan əlavə edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
