Paşinyan Fransada: Makronla gülərək etdikləri “müzakirə”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında görüşüblər.
Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsi və mövcud problemlərin həllində beynəlxalq ictimaiyyətin dəstəyi müzakirə edilib.
Paşinyan hökumətinin Ermənistan - Fransa əməkdaşlığının inkişafında maraqlı olduğunu vurğulayıb. Tərəflər bu istiqamətdə fəaliyyətlərini ardıcıl şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.
Eyni zamanda onlar regionda sülh və sabitlik, eləcə də rəsmi İrəvanla Avropa İttifaqı arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparıblar. Emmanuel Makron Fransanın Ermənistana gələcək inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yardımını əsirgəməyəcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Fransada səfərdədir.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
