Paşinyan kəndləri verək dedi, ermənilər özlərindən çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsinə gedib və ölkəsinin Azərbaycana qaytarmalı olduğu kəndlərdə yaşayan sakinlərlə görüşüb.
N.Paşinyan hansı ərazilərin qaytarılacağını daha aydın şəkildə izah etmək üçün sonuncu mətbuat konfransında göstərdiyi Ermənistan xəritəsinin maketini də özü ilə aparıb və dolayısı ilə həmin kəndlərin Azərbaycana məxsus olduğuna işarə edib.
Ancaq bu söhbət sakinlərin heç də ürəyincə olmayıb və narazılıqla qarşılanıb. Hökumətlə sakinlər arasındakı növbəti anlaşılmazlığı həm də yeni xaosun anonsu kimi qiymətləndirmək olar.
Təbii ki, istər Ermənistan hökuməti, istərsə də ölkə vətəndaşları tarixdən dərs çıxararaq Azərbaycana məxsus olanı dinc yolla geri qaytarmağın zərurətini başa düşməlidirlər. Çünki Azərbaycan suveren ərazilərini hərbi yolla geri qaytarmaq qüdrətini sübut edib və Ermənistanda da bunu yaxşı bilirlər. Bu isə hərbi, siyasi və iqtisadi böhranda olan Ermənistan üçün müsbət heç nə vəd etmir.
N.Paşinyanın bu günə qədər atdığı bütün addımların bir-birinə zidd olduğunu nəzərə alsaq, onun Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiya və demarkasiyasına hazır olduğunu deyə bilmərik.
Lakin Ermənistan hakimiyyəti unutmamalıdır ki, Azərbaycan bir qarış torpağını da heç kəsə güzəştə getməyəcək. Ermənistan ya bunu başa düşərək adekvat addım atmalıdır, ya da ki, cavabını yenə də anladığı dildə alacaq.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
