Paşinyan Qazaxıstanda TRIPP layihəsi haqqında danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
O, bu mühüm tarixi prosesin uğurla davam etməsini arzuladığını və onun irəliləməsində iştirak etməyə hazır olduqlarını bildirib.
Tokayev Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılmasına görə İlham Əliyevə təşəkkür edib.
“Bu ilin noyabrında Azərbaycan ərazisindən Ermənistana Qazaxıstandan min ton həcmində ilk taxıl partiyası çatdırılıb. Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan Ermənistana müntəzəm əsasda yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır”, ‒ deyə Tokayev əlavə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycanla danışıqlarda Qazaxıstanın mühüm rolunu vurğulayıb.
TRIPP layihəsindən söz açan Paşinyan əlavə edib ki, rəsmi İrəvan proyektin həyata keçirilməsinə diqqət yetirir və onun hüquqi əsasları və tənzimlənməsi üzrə razılaşma əldə etmək üçün ABŞ ilə fəal danışıqlar aparır.
“Bildiyiniz kimi, Vaşinqton Bəyannaməsinin nəticələrinə əsasən əsas və prinsipial məsələlər müəyyən edilib və razılaşdırılıb, Ermənistan və Azərbaycan bir-biri üçün daxili ikitərəfli və beynəlxalq əlaqə kommunikasiyalarını açırlar. Vaşinqton Bəyannaməsinə uyğun olaraq, bütün bunlar ölkələrin ərazi bütövlüyü, suverenliyi və bəynəlxalq hüquq çərcivəsində həyata keçiriləcək”, ‒ Paşinyan bildirib.
Qeyd edək ki, Qazaxıstan və Ermənistan arasında 16 sənəd imzalanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
