Paşinyan Rusiya ilə bağlı açıqlaması ilə başını bəlaya saldı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamalarının tonu qəbuledilməzdir. Moskva bu bəyanatlardan olduqca narazıdır”.
Bunu TASS-a Rusiya XİN-dəki diplomatik mənbə bildirib.
“Moskva Ermənistan rəhbərliyinin son publik bəyanatlarından, o cümlədən Ermənistan Baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Xüsusilə Ermənistanın Baş naziri Rusiya Federasiyasının regiondan uzaqlaşmasının mümkünlüyünü bəyan edib. Əslində, İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli küçə olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq alətinə çevrilməməlidir”, – deyə diplomatik mənbə qeyd edib.
"Qarşıdurmanın kökündə Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsi dayanır, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini uzun müddət öz nəzarətində saxlayıb", – deyə agentliyin həmsöhbəti bildirib.
Eyni zamanda o qeyd edib ki, 2020-ci ilin payızında baş verən silahlı qarşıdurma, əsasən, Ermənistan rəhbərliyinin tələsik və təxribatçı addımları, o cümlədən “Qarabağ Ermənistandır” bəyanatları və Dağlıq Qarabağ “prezident”inin Şuşada andiçmə mərasimində iştirakının nəticəsi olub. Agentliyin həmsöhbəti Ermənistan rəhbərliyinin Avropa İttifaqının himayəsi altında 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə “Qarabağ Ermənistandır” bəyanatlarından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qədər 180 dərəcə dönüş etdiyini yada salıb:
“Bu, 9 noyabr 2020-ci il tarixli sazişin şərtlərini kökündən dəyişdirib və Rusiya sülhməramlı kontingentinin Qarabağdakı işini mümkün qədər çətinləşdirib. Buna baxmayaraq, Rusiya sülhməramlıları yerdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hər cür səy göstərirlər”.
Mənbə onu da əlavə edib ki, sülhməramlı kontingentə bu cür əsassız hücumlar zərərdən başqa heç nə gətirmir, o cümlədən Ermənistanın özünə.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
