Paşinyan sirləri açdı | Ermənistanda dövlətçilik Qarabağa görə yaradılmışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi də Ermənistan məsələsi həll olunmalıdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində deyib.
“Ermənistan liderləri 1990-1991-ci ildə demirdilər ki, bizə dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. Ən başlıca sual budur. İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan Respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, onun həllindən sonra Ermənistanın taleyi necə olacaqdı?
Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar hesab edirdilər ki, Qarabağ məsələsi etnik təmizləmə yolu ilə həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni, konsepsiya tamamlanmalı, Ermənistanda hökumət deməlidir: Ermənistanın mövcudluğunun mənasız olduğu ortaya çıxdı”, – Paşinyan bildirib.
Rəsmi Bakının 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra Paşinyan ona zəng edilərək Azərbaycana hücuma təşviq edilməsi barədə yayılan iddialarla bağlı suala cavabında isə bunları deyib: “Belə söhbət olmayıb, amma başqa söhbətlər olub”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
