Pleyeri seçin:

Paşinyan “Sülh kəsişməsi”ndən danışdı | Azərbaycana maneəsiz keçid verməyə hazırıq, amma...

31 yanvar 2025 414 baxış

“Biz Azərbaycana çox konkret təklif vermişik. Bu hətta təklif deyil, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik.

Təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə, dəmir yolu yük əlaqəsi olsun, amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə, o cümlədən beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistan, beynəlxalq ticarət və ya yük daşımaları üçün Ermənistan ərazisi vasitəsilə Azərbaycan üçün.

Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq indiki mərhələdə bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik.

İndi, düzünü desəm, Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq”.

N.Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir:

“Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil”.

Banner
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 414 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 414 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 414 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 414 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 414 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 414 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 414 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 414 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 414 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 414 baxış
Seçilmişlər
icon