Paşinyan sülh müqaviləsindən danışdı | Müqavilə nə zaman imzalanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla danışıqlar onlayn formatda davam edir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib. Bildirib ki, rəsmi İrəvan Azərbaycana öz təkliflərini verib və Bakıdan cavab gözləyir.
Baş nazir Ermənistanın “sülh müqaviləsi” ilə bağlı təkliflərə cavablarını niyə gecikdirdiyini də şərh edib:
“Bizi 2 ay cavab verməməkdə ittiham edirlər, bəs bunun səbəbi nə idi? Təkliflərimiz hazır idi, mütəmadi olaraq görüşlər planlaşdırılırdı, lakin daha sonra təxirə salındı. Hər görüş bu danışıqlar paketinin transferinin bir hissəsi idi. Amma indi də hesab edirəm ki, danışıqlar sülh müqaviləsinin mətninə uyğun olaraq davam edir. Üzbəüz olmasa da, onlayn olaraq danışıqlar aparılır”.
O əlavə edib ki, İrəvan bütün təmasları dəstəkləyir. Baş nazir yeni əlaqələrin yaradıla biləcəyini də istisna etməyib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
