Paşinyandan açıqlama: Qarabağdan köçənlərə vətəndaşlığın verilməsi sürətləndiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən, xüsusən də dövlət qurumlarında işləmək istəyən ermənilərə vətəndaşlıq verilməsi prosedurunu sürətləndirəcəyini vəd edib.
O, bu barədə onlayn mətbuat konfransında Qarabağdan İrəvana köçən, ixtisasca hüquqşünas olduğunu deyən qadının sualına cavab verərkən deyib.
Qadın Baş nazirə bildirib ki, İrəvanda işə düzəlmək istəyərkən əngəllərlə üzləşib. N.Paşinyan isə aidiyyəti qurumlara məsələni yerindəcə araşdırmağı tapşırıb:
“Araşdırmaların nəticəsində məlum oldu ki, sizin Ermənistan vətəndaşlığınız yoxdur və ona görə də işə qəbul edə bilməyiblər. Bildiyimiz qədəri ilə vətəndaşlıq almaq üçün müraciət etmisiniz, prosesin 90 gün və ya daha çox davam edə biləcəyini bildiriblər.
Bu halda vətəndaşlıq tələb etməyən müvəqqəti əmək müqaviləsi əsasında işləyə bilərsiniz. Eyni zamanda aidiyyəti qurumlara sizinlə yanaşı, minlərlə insanın vətəndaşlıq almaq prosesini sürətləndirməyi tapşırıram”.
Baş nazir qeyd edib ki, artıq minlərlə insan Ermənistan vətəndaşlığını almaq üçün müraciət edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
