Paşinyandan Azərbaycana təklif | Ermənistan Naxçıvana yol verməsə, İran...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının narahatlığı Naxçıvanla və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməklə bağlıdırsa, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır. Ermənistan ərazisində Nrnadzor-Karçevan dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq.
Arazdəyən-Naxçıvan sərhədi hissəsində də qısa dəmir yolu xətti çəkilməlidir, lakin bu, Ermənistan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar.
Bu fikirlər Ermənistanın Baş naziri Nikol Paşinyanın regionda mümkün kommunikasiyaların açılmasına dair “Armenpress”də dərc olunan məqaləsində yer alıb.
“Eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini də təmin etməyə hazırıq. Bakı bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran ərazisindən keçməklə Azərbaycan-Naxçıvan əlaqəsini təmin edəcək.
Biz bunun əleyhinə deyilik. Bu, İranla Azərbaycanın münasibətləri və onların həlli məsələsidir. Biz İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, tranzit prosedurlarının sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq”, − deyə Nikol Paşinyan bildirib.
Ermənistan Baş naziri həmçinin qeyd edib ki, bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbindən Naxçıvana və əks istiqamətdə, Azərbaycan ərazisindən, Naxçıvandan keçməklə Ermənistanın Meğri ərazisindən Arazdəyənə və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması tamamilə hazırdır və onun həyata keçirilməsi üçün yalnız Azərbaycanın razılığı lazımdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
