Pleyeri seçin:

Paşinyandan etiraf: Qarabağ Azərbaycandır

12 aprel 2023 346 baxış

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 12-də parlamentdə “Hökumət saatı” zamanı çıxışında deyib.

O bildirib ki, əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistanın “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi.

“Madrid prinsiplərinə əsasən Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu gün həmin sənədin meyvələrini yığırıq. Səhvimiz o oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, – deyə o əlavə edib.

Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb.

“O zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərinin müəllifi elə erməni tərəfi olub. Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır? Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır. Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm” dedi. Bunun cavabında isə Ermənistana dedilər ki, əgər bunu sən deyirsənsə, o zaman bu, ərazi iddiasıdır. Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”, – deyə N.Paşinyan vurğulayıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 346 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 346 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 346 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 346 baxış
Seçilmişlər
icon