Paşinyandan Qarabağla bağlı çağırış | “Bu halda rəhbərlik edəcəyəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində ABŞ-də imzalanan sənədlərin Ermənistan-Azərbaycan münasibətlərində dönüş nöqtəsi olduğunu deyib. ,
“Artıq Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. Qisas və düşmənçilik arxada qalmalıdır. Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz mənə qarşı çıxmadınız, çünki siz də Qarabağ məsələsi həll olunmasa, sülhün olmayacağını anladınız. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, ‒ deyə Paşinyan vurğulayıb.
O həmçinin qeyd edib ki, Qarabağı tərk etmiş erməniəsilli şəxslərin Azərbaycana qayıdışı mümkün deyil və bu, sülh üçün təhlükə yarada bilər.
Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
