Paşinyanı susduran yenə Azərbaycan oldu: Ayxan Hacızadədən sərt çıxış
Yeniliklərdən dərhal xəbərdar olun
“17 oktyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistandan bu cür iddiaları eşitmək təhqiramizdir:
“30 ilə yaxın müddət ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törətmiş bir ölkə olan Ermənistanın Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləməsi”ndə ittiham etməsi əsassız olmaqla yanaşı, regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, həmçinin 21 sentyabr tarixində Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirən Ermənistan Baş nazirinin bəyanatlarının bir-biri ilə nə qədər uyğunsuz olduğunu nümayiş etdirir”.
XİN-dən bildirilib ki, Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur:
“Ermənistanın hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Ermənistanın həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
