Paşinyanın ən böyük səhvi: ermənilər necə “aldadılıb”?
Yeniliklərdən dərhal xəbərdar olun
Hər şey çox sadədir. Azərbaycan istədiyinə nail olur. Qərbdən istədiyini alıb, indi də Rusiya vasitəsilə digər istəklərini təmin etməyə çalışır. Əliyev bu gün yürtüdüyü siyasətlə demək olar ki, Paşinyanı barmağına dolayıb”.
Bunu Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.
“İndi Paşinyan düşünür ki, Qərb İlham Əliyevə təzyiq edəcək və o, oktyabrın sonunda görüşə gələcək. Qərb özü də Rusiyanın regionda təsirini zəiflətmək və öz sərhədlərinə yaxın ərazidə növbəti müharibə riskinin azaldılması üçün bu sənədin imzalanmasına nail olmaq istərdi, amma reallıq başqadır”, – o qeyd edib.
L.Zurabyan əlavə edib ki, Nikol Paşinyandan fərqli olaraq İlham Əliyev danışıqlar prosesindəki gündəmini tükətməyib:
“İlham Əliyev Zəngəzur dəhlizini açmaq üçün digər platformalardan istifadə etməkdədir. Ermənistan hakimiyyəti indi onların necə aldadıldıqlarını anlamağa başlayıb. Bu, tam uğursuzluqdur”.
O qeyd edib ki, N.Paşinyana Avropada alqış almaq üçün, sadəcə, Rusiyanı tənqid etmək lazımdır. “Amma bu, təhlükəli strategiyadır. Çünki Rusiya ciddi faktor olaraq qalır və Ermənistan üçün problemlər yarada bilər. Paşinyanın ən böyük səhvi odur ki, o, Qərbin Azərbaycanı cilovlaya biləcəyini düşünür. Bu, Paşinyanın primitiv düşüncəsinin nəticəsidir. O, cahil Saakaşvilidir”, – deyə L.Zurabyan vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
