Paşinyanın KTMT-ni tərk etməməsinin əsas səbəbləri | Ekspertlərdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.
N.Paşinyan hesab edir ki, KTMT Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistan Baş naziri və erməni cəmiyyəti belə qənaətdədir ki, Qarabağ ərazisində və sərhədlərdə baş verən insidentlərdə Rusiya, o cümlədən KTMT birmənalı şəkildə Ermənistanın yanında Azərbaycana qarşı savaşmalı idi.
Siyasi şərhçi Oqtay Qasımov bildirib ki, bu həm beynəlxalq hüquqa, həm də KTMT-nin özünün nizamnaməsinə zidd bir addım olardı:
“Belə ki, həmin döyüşlər Azərbaycanın suveren ərazilərində getdiyi üçün KTMT-nin bu məsələyə qarışması hüquqi cəhətdən mümkün deyildi. KTMT də doğru olanı etdi. Hesab edirəm ki, Nikol Paşinyanın KTMT-dən çıxmamağının səbəblərindən biri Rusiya-Ukrayna savaşının nəticələrini gözləməkdir.
İkincisi, Rusiya ilə Ermənistan arasında nə qədər gərginlik olsa da, çox qəribədir ki, iki tərəf arasında ticarət dövriyyəsi Ukrayna-Rusiya savaşı başlanandan bəri təxminən 7 dəfəyə yaxın artıb. Buradan Ermənistan külli miqdarda vəsaitlər əldə edir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
