Paşinyanın yalan dolu ritorikasına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən deyib.
O bildirib ki, Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə səsləndirdiyi iddialar əsassızdır:
“Bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalındakı torpaq yollarından Ermənistanın qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, eləcə də Azərbaycan ərazilərinə silah-sursat daşınmasının qarşısını almaq məqsədilə ordumuz tərəfindən müvafiq nəzarət tədbirləri görülməsini Ermənistan Baş nazirinin işğal kimi qiymətləndirməsi qəbuledilməzdir. Eyni zamanda yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil”.
A.Hacızadə həmçinin əlavə edib ki, Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması prosesini məqsədyönlü şəkildə pozmaq deməkdir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
