Pilotların danışıqları... | Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı ekspertiza haqqında məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
“AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar çərçivəsində mütəxəssislər texniki ekspertizalar aparır, hökumət orqanları onların nəticələrini gözləyir”.
Bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
O qeyd edib ki, texniki ekspertizalar vaxt aparır, nəticələri gözləyirlər.
Təyyarə qəzasını araşdıran müxtəlif ölkələrdən olan ekspertlər bir-biri ilə daim əlaqə saxlayırlar.
T.Lastayev bildirib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatda əks olunmuş məlumatlardan artıq şərh verə bilməz.
O, təyyarə qəzasının araşdırılması üzrə komissiyanın bu ilin sonuna qədər təqdim ediləcək yekun hesabatını gözləməyi xahiş edib.
“Düşünürəm ki, bu iş çərçivəsində heç bir sirr yoxdur. Bu qəzanın araşdırılmasına görə məsul olan ölkə kimi, bizim üçün məhz obyektivlik və şəffaflıq ön plandadır”, – deyə nazir müavini qeyd edib.
T.Lastayev əlavə edib ki, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin pilotlarının danışıqlarının stenoqramları araşdırmada maraqlı olan bütün tərəflərdə var.
“Burada heç bir qeyri-obyektivlik ola bilməz. Stenoqramlar bütün maraqlı tərəflərə təqdim edilib. Bunlar deşifrələmənin aparıldığı Braziliyadan, bizim, Azərbaycandan, Rusiyadan, Beynəlxalq Mülki Aviasiya Təşkilatından olan mütəxəssislərdir”, – deyə T.Lastayev bildirib.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
