Pleyeri seçin:

PKK-nı müdafiə edən Gərgərlioğluna Qüdrət Həsənquliyevdən sərt sözlər

31 may 2024 258 baxış

Türkiyəli millət vəkili Ömər Faruk Gərgərlioğlu 17 mayda TBMM-də keçirilən mətbuat konfransı zamanı Azərbaycan polisi haqqında ittihamlar səsləndirib.

Millət vəkili Qüdrət Həsənquliyev isə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında sözügedən ittihamlara cavab verib.

Ömər Faruk Gərgərlioğlu haqda məlumatı təqdim edirik:

Ömər Faruk Gərgərlioğlu ixtisasca həkimdir. 27-ci çağırışda indiki DEM-in sələfi olan HDP-dən (Xalqların Demokratiyası Partiyası) və 28-ci çağırışda Kocaelidən millət vəkili seçilib. DEM və sələfləri olan HDP, BDP ( Sülh və Demokratiya Partiyası), DTP (Demokratik Cəmiyyət Partiyası) hər zaman PKK terror təşkilatının siyasi uzantısı və qatı müdafiəçisi kimi tanınıblar.

Ö.F.Gərgərlioğlu haqqında millət vəkili olmamışdan əvvəl Kocaeli İkinci Ağır Cəza Məhkəməsində “PKK/KCK təbliğatı ilə məşğul olmaq” ittihamı ilə cinayət işi açılıb. Millət vəkili seçildikdən sonra isə məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub, millət vəkili mandatı 2021-ci ilin martında əlindən alınıb və yalnız 4 ay sonra mandatı bərpa olunub.

Ö.F.Gərgərlioğlu bütün siyasi fəaliyyətində terror təşkilatı PKK-nı müdafiə edib. Hətta “Youtube”da qatıldığı “Xalq Məclisi” adlı proqramda aparıcı Metexan Aykutun PKK-nı terror təşkilatı kimi tanıyıb-tanımadığı haqqında verdiyi suala konkret cavab verməkdən yayındığı üçün cəmiyyət tərəfindən kəskin şəkildə qınanıb.

Qısa tarixçədən də göründüyü kimi, Türkiyə Cümhuriyyətinə, onun Ordusuna və xalqa düşmən olan, 40 mindən çox insanın qanını tökən PKK-ya terror təşkilatı deyə bilməyən bir şəxsdən Azərbaycana qarşı belə ittihamları eşitmək heç də təəccüblü deyil. Yəqin ki, qardaş ölkə ilə əlaqələrin daha da sıxlaşdığı indiki məqamda Ö.F.Gərgəroğluna bu sözləri dedirdənlər var.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 258 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 258 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 258 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 258 baxış
Seçilmişlər
icon