Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.
Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb.
Numan Kurtulmuş Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq dövlət başçısının tədbir iştirakçılarına ünvanladığı müraciətin zəngin məzmunlu olduğunu deyib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirilib və bu, birgə sərvətimiz kimi qiymətləndirilib. Ölkələrimiz arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.
Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV
- Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV
- Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
- "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər
- Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?
