Pleyeri seçin:

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

24 iyun 2026 404 baxış

Prezident İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı TBMM sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakının önəminə toxunub.

Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb.

Numan Kurtulmuş Bakıda keçirilən tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq dövlət başçısının tədbir iştirakçılarına ünvanladığı müraciətin zəngin məzmunlu olduğunu deyib.

Söhbət zamanı Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunularaq ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurlu inkişafı qeyd edilib, dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirilib və bu, birgə sərvətimiz kimi qiymətləndirilib. Ölkələrimiz arasında dostluğun və qardaşlığın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğu vurğulanıb.

Görüşdə qanunverici orqanlarımız arasında mövcud əməkdaşlıq və onun daha da genişləndirilməsinin perspektivləri müzakirə olunub.

Banner
Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz

Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz

Siyasət
12 noyabr 2026 404 baxış
İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV

İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV

Siyasət
12 noyabr 2026 404 baxış
Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV

Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV

Siyasət
12 noyabr 2026 404 baxış
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Siyasət
12 noyabr 2026 404 baxış
Dünya liderləri İrlandiyada bir araya gəldilər

Dünya liderləri İrlandiyada bir araya gəldilər

Siyasət
12 noyabr 2026 404 baxış
"Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər

"Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər

Siyasət
12 noyabr 2026 404 baxış
İrandan Paşinyana əvvəl xəbərdarlıq, sonra tərəfdaşlıq mesajı - AKTUAL GÜNDƏM

İrandan Paşinyana əvvəl xəbərdarlıq, sonra tərəfdaşlıq mesajı - AKTUAL GÜNDƏM

Siyasət
12 noyabr 2026 404 baxış
Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?

Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?

Siyasət
12 noyabr 2026 404 baxış
Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz - Baku TV

Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz - Baku TV

Siyasət
12 noyabr 2026 404 baxış
Prezident İlham Əliyevin İrlandiya səfərindən görüntülər

Prezident İlham Əliyevin İrlandiya səfərindən görüntülər

Siyasət
12 noyabr 2026 404 baxış
Seçilmişlər
icon