PKK-nın ardınca ASALA? | "Ölməyən kərtənkələ" yenidən baş qaldırır? - GLOBAL PANORAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə PKK terror təşkilatının özünü ləğv etməsinin regionda yaratdığı yeni geosiyasi vəziyyət və ASALA kimi köhnə terror strukturlarının yenidən təhlükə yaratmaq ehtimalı təhlil olunub.
Bildirilib ki, Türkiyə 40 ildən artıq davam edən PKK terroruna qarşı mübarizəni siyasi iradə və dövlətin qətiyyəti sayəsində başa çatdıraraq təşkilatın özünü ləğv etməsinə nail oldu.
Vurğulanıb ki, ASALA-nın ideologiyası və fəaliyyəti hələ də bəzi erməni dairələrində dəstəklənir, bu isə narahatlıq doğurur. Keçmişdə PKK ilə əməkdaşlıq edən ASALA-nın təkrardan aktivləşməsi mümkündür. Ermənistanın terrorizm tarixindən keçən bir çox strukturlar hələ də mövcudluğunu qoruyur.
Qeyd olunub ki, Azərbaycan və Türkiyənin güclü mübarizəsi bu təhdidləri ortadan qaldırmağa yönəlib. Yeni mərhələdə əsas məsələ dayanıqlı sabitliyin qurulması, iqtisadi inkişafın təmin olunması və region xalqları arasında sülhün bərpasıdır.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
