Pleyeri seçin:

Prezident ABŞ Nümayəndələr Palatası üzvlərini qəbul etdi

17 noyabr 2024 341 baxış

Prezident İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib.

Prezident İlham Əliyev qeyd edib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir.

Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nin ölkəmizə dəstəyi xatırlanıb, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.

Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığımızı qeyd edib.

Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunub, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb. Bu müqavilənin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.

Dövlət başçısı Azərbaycanın “yaşıl enerji” strategiyası haqqında danışaraq ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpa olunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin “yaşıl enerji”nin payına düşəcəyini bildirib.

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Siyasət
18 sentyabr 2026 341 baxış
Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 341 baxış
Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Siyasət
18 sentyabr 2026 341 baxış
Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
18 sentyabr 2026 341 baxış
İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

Siyasət
18 sentyabr 2026 341 baxış
İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

Siyasət
18 sentyabr 2026 341 baxış
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Siyasət
18 sentyabr 2026 341 baxış
"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 341 baxış
Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Siyasət
17 sentyabr 2026 341 baxış
"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 341 baxış
Seçilmişlər
icon