Pleyeri seçin:
Prezident Bakıda keçirilmiş COP29-un əhəmiyyətini qeyd etdi
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Bakıda keçirilmiş COP29 konfransının tarixi əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın sədrliyi ilə qəbul edilən və “Bakı Maliyyə Hədəfi” kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi qlobal iqlim maliyyəsində mühüm mərhələdir. Bu hədəf 2035-ci ilə qədər inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılan illik iqlim maliyyəsinin 300 milyard dollara çatdırılmasını nəzərdə tutur. Həmçinin, Paris Sazişinin 6-cı maddəsi üzrə çərçivənin tamamlanması və İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması Bakı sammitinin böyük uğurları kimi qeyd edilib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV
- Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV
- İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV
- Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV
