Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Migel Anxel Moratinos ilk növbədə BMT Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş edib. Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğulayıb.
O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlət başçısına təşəkkürünü bildirib. Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir mərkəz rolunda çıxış etdiyini deyib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
