Prezident İlham Əliyev Serbiya xalqını təbrik etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin ən mühüm milli bayramı — Dövlətçilik Günü münasibətilə həmkarı Aleksandar Vuçiçi və bütün Serbiya xalqını səmimi qəlbdən təbrik edib. Baku.tv-nin Belqraddan verdiyi məlumata görə, dövlət başçısı bu tarixi günün ən yaxın dostlarla birlikdə qeyd edilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev birgə mətbuata bəyanatında və Strateji Tərəfdaşlıq Şurasının iclasında serbiyalı dostlarına ünvanladığı təbrikdə ölkələrimiz arasındakı sarsılmaz dostluğu xüsusi vurğulayıb: “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”. Dövlət başçısı Serbiyanın Prezident Aleksandar Vuçiçin rəhbərliyi ilə əldə etdiyi sürətli inkişafı təqdir edərək, bu tərəqqinin serb xalqının rifahına xidmət etdiyini bildirib. Videoda bayram ab-havasında keçən rəsmi qarşılanma, İlham Əliyevin səmimi təbrik mesajları və iki xalqın bir-birinə olan dərin ehtiramını əks etdirən kadrlar yer alır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
