Prezident və birinci xanımın Xocalıya səfərindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, Xocalı şəhərindəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.
Sonra dövlət başçısı və birinci xanım kompleksdə yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva həmçinin Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər və onlara mənzillərin açarları təqdim edilib.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
