Prezidentdən işğalda qalan 8 kəndlə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı dedikləri iki məsələyə aydınlıq gətirib.
Birincisi, rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədir? İkincisi, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək.
Rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması ilə bağlı “mərhələli həll” variantından çıxış edir. Prezident İlham Əliyev bunu təsdiq edib.
Birinci mərhələ: anklav olmayan 4 kənd – Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri qaytarılır. İ.Əliyev bu 4 kəndin qeyd-şərtsiz qaytarılmalı olduğunu vurğulayıb.
İkinci mərhələ: anklav olan Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur, çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır.
İki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir, digər tərəfdən bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır. Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir.
Nikol Paşinyan ərazilərin mübadiləsindən SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd ki, İ.Əliyev anklavların qaytarılmasının vacibliyinə toxunub və bəyan edib ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
