Prezidentdən mühüm açıqlama: Bu şərtlərlə antiterror tədbirləri dayandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 19-da ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın 9-da qondarma prezident seçkilərinin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvət edildiyi diqqətə çatdırılıb.
Dövlət başçısı silahın yerə qoyulduğu və tərk-silah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. ABŞ dövlət katibi Entoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun ABŞ tərəfindən dəstəkləndiyini bildirib.
#Entoni Blinken teqi istifadə olunub
- Prezidentdən tarixi xatırlatma | ABŞ-yə lazım olanda, biz onlarla idik, amma...
- Tramp "ikinci USAID"i yaradacaq? - Təşkilatın əməlləri ifşa olundu
- Ramil İskəndərlidən USAID-lə bağlı mühüm açıqlama | Faktların hamısı göstərir ki...
- Onlar da Trampın qara siyahısına düşdü | Ağ Ev rəhbəri kimlərin icazəsini ləğv etdi?
- Putin təhlükə altındadır? | Kremldən iddialarla bağlı təcili açıqlama
