Prezidentdən Qərbi Azərbaycana qayıdış mesajı
Yeniliklərdən dərhal xəbərdar olun
"O şəxslər (Qarabağ erməniləri – red.) qayıtmaq istəyirlər, onlar bunu edə bilərlər. Onların mənzilləri, evləri olduğu kimi qalır. Zəngilanda və digər yerlərdə yerlə-yeksan olunmuş evlərdən tam fərqli olaraq onların mənzilləri var".
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, əgər onlar Azərbaycana qayıdacaqlarsa, bu, ölkəmizin qanunları çərçivəsində həyata keçiriləcək.
Azərbaycanlıların Ermənistan ərazisinə qayıtması məsələsindən də danışan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfi də ən azı eyni yanaşma sərgiləməlidir:
“Onlar elektron reinteqrasiya portalı yarada, orada azərbaycanlıların yaşadıqları kəndlər barədə məlumatları əks etdirə bilərlər. Təbii ki, belə olsaydı, daha münasib olardı. Yəni onlar gəlsinlər, yerlərini ziyarət etsinlər. Bu da barışığın bir işarəsi olardı”.
“Bu, mümkün olmalıdır. Ermənistan bunun qarşısını almalı deyil. Deportasiya olunmuş yüzminlərlə azərbaycanlının, həmyerlilərimizin tələbatları təmin edilməlidir. Onların mülkiyyəti, müqəddəs yerləri qorunmalıdır. İndi bu gün Xankəndidə, yaxud da başqa yerlərdə, harada ki, erməni əhalisi çoxluq təşkil edib, biz onu qoruyub saxlayırıq, amma eyni yanaşma bizə münasibətdə də olmalıdır”, – deyə dövlət başçısı vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
