Putin: Deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə...
Yeniliklərdən dərhal xəbərdar olun
“Prezident İlham Əliyev mənə deyir ki, bilirsiniz, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Qarabağın statusu artıq məsələ deyil, o həll olunub”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.
“Praqa bəyanatlarında isə bunu, sadəcə olaraq, kağız üzərində qeyd etdilər. İndi Prezident İ.Əliyev mənə deyir: “Yaxşı, bilirsiniz ki, Ermənistan Qarabağı bizimki kimi tanıyıb, Qarabağın statusu artıq məsələ deyil, o həll olunub”. Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan edərək 1991-ci ilə qədər bütün ərazini Azərbaycan SSR çərçivəsində hesablayıb və Qarabağın özünün də daxil olduğu bir rəqəmin, yəni 86.600 km²-in adını çəkib. Bu baş verdi, bu, bizim qərarımız deyildi. Bu, Ermənistan rəhbərliyinin bugünkü qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsənsə, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisən. Nə deyək, əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, burada deyiləcək bir şey yoxdur”, – V.Putin qeyd edib.
İrəvanın Kremlin ünvanına Xankəndidəkilərə humanitar yüklərin çatdırılması ilə bağlı iradına toxunan V.Putin əlavə edib ki, burada hansısa humanitar və sülhməramlı məsələlər var:
“İnanmıram ki, hər hansı humanitar fəlakət olsun. Azərbaycan rəhbərliyi hər zaman bizə deyir ki, orada hər hansı etnik təmizləmədə maraqlı deyil. Əksinə, istəyirlər ki, proses çox yumşaq və ağrısız keçsin. Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa, daha hansı məsələdən danışıla bilər. Bundan sonra nə etmək olar”.
N.Paşinyanın onunla telefonla danışmamasına gəldikdə isə V.Putin deyib ki, o, məktub göndərib: “Mənə ətraflı məktub göndərib. Onunla əlaqə saxlayırıq, Ermənistan və Baş nazir N.Paşinyanla heç bir problemimiz yoxdur”.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
