Pleyeri seçin:
Putin və Paşinyan arasında telefon danışığı olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Rusiya mediasının məlumatına görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Danışıqlar zamanı Putin Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər ərzində imzalanmış sazişlərin bütün kompleksinin ardıcıl həyata keçirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Putin Rusiya tərəfinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
Kopyalandı
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
