Putinin çıxışında mühüm məqam: Qarabağı Ermənistan özü tanıyıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya 15 il Ermənistana güzəştə getməyi və 5 rayonu Azərbaycana qaytarmağı, 2 rayonu isə özünə saxlamağı təklif edib. Lakin onlar bundan imtina ediblər”.
Bu fikri “Valday” Diskussiya Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin səsləndirib. O qeyd edib ki, Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
“Qarabağ öz müstəqilliyini elan edəndə onu heç kim, hətta Ermənistan da tanımayıb, baxmayaraq ki, bu, qəribədir. Artıq Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və bunu mətbuatdan öyrənmişəm”, – deyə V.Putin bildirib.
O qeyd edib ki, Rusiya Ermənistana xəyanət etməyib və Qarabağdakı Rusiya sülhməramlılarının yalnız atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək hüququ var.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
