Pleyeri seçin:

QAİ Baydenə göndərilən məktuba od püskürdü: yeni bəyanat

03 oktyabr 2023 82 baxış

Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması ABŞ Konqresinin bir qrup üzvünün ABŞ Prezidenti Cozef Baydenə oktyabrın 2-də göndərdiyi qərəzli məktubu sərt şəkildə qınayıb.

İcmadan verilən məlumata görə, məktub mahiyyətcə yanlışdır, zərərlidir və etnik azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyi bariz şəkildə göstərir.

Qeyd olunub ki, Qarabağın erməni sakinlərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiyasına qarşı çıxan və regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri imiş:

“ABŞ-nin Azərbaycana dövlət yardımını qadağan edən mənfur 907-ci maddənin tətbiqinin bərpa edilməsi və əlavə sanksiyalar barədə konqresmenlərin çağırışı ədalətsiz və qeyri-dost addımdır.

Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, bir milyona qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş, 30 mindən artıq sakini öldürülmüş, minə yaxın şəhər və kəndi dağıdılmış Azərbaycana qarşı bu mənfi addımlara çağırmaqla, konqresmenlər faktiki olaraq, Ermənistanın sözügedən cinayətlərinə şərik olurlar.

Müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən, Xocalı soyqırımı, Qaradağlı, Meşəli, Malıbəyli qətliamlarında və Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqda iştiraklarına dair ciddi əsaslar olan separatçıları müdafiə etmək ABŞ konqresmenlərinə şərəf gətirmir.

Nəhayət vurğulamaq istərdik ki, ABŞ konqresmenləri bir dəfə də olsun Ermənistandan 300 minə yaxın azərbaycanlının qovulması faktına münasibət bildirməyiblər. Bu məsələyə dair ABŞ Konqresinin Tom Lantos adına insan hüquqları komissiyasına göndərdiyimiz müraciət cavabsız qalıb.

Biz konqresmenləri etnik və dini əsaslı ayrı-seçkilik və qərəzli yanaşmalarına son verməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, onun etnik müxtəliflik və birgəyaşayışa əsaslanan reinteqrasiya tədbirlərinə dəstək verməyə, Ermənistanın törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə münasibət bildirməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dəstək verməyə çağırırıq”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 82 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 82 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 82 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 82 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 82 baxış
Seçilmişlər
icon