Pleyeri seçin:

QAİ-dən Ermənistan və Azərbaycanı dialoqa çağıran Blinkenə cavab

12 sentyabr 2023 79 baxış

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir".

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. Qeyd olunub ki, ABŞ dövlət katibi Entoni Blinkenin 10 sentyabr 2023-cü ildə verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.

"Biz çox təəssüf edirik ki, dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib.

Bunun əksinə olaraq, Azərbaycan 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra ermənilərin Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmışdır. Azərbaycan həmçinin Qarabağda yaşayan ermənilərlə təmaslar istiqamətində fəal addımlar atır və onları cəmiyyətə inteqrasiya etməyə çalışır. Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar Azərbaycanın ərazilərində tamhüquqlu vətəndaş kimi yaşayırlar.

Bu konteksti nəzərə alsaq, ABŞ-nin bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu, ondan xəbər verir ki, ya ABŞ-ni etnik azərbaycanlıların insan hüquqları maraqlandırmır, ya da bu dövlət əhali qrupunun etnik təmizləməyə məruz qalmasından sonra onun taleyi ilə maraqlanmağı dayandırır. Bu, bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə alsaq, ABŞ hökumətinin bu mövqeyi xüsusilə məyusedicidir", - məlumatda qeyd edilib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 79 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 79 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 79 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 79 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 79 baxış
Seçilmişlər
icon